Paytaxtın Hüseyn Cavid prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org ANS Press-ə istinadən xəbər verir ki, sürücünün idarə etməsini itirdiyi 18 saylı avtobus Baku basa məxsus 7 saylı avtobusa çırpılıb. Nəticədə qəzaya səbəb olan avtobusun ön hissəsi yararsız  vəziyyətə düşüb. "Baku Bus"a məxsus avtobusa da ziyan dəyib. Hadisə zamanı hər iki avtobusda sərnişinlər olub. Xoşbəxtlikdən ölüm halı olmasa da, xəsarət alanlar var.