İslandiyada prezident seçkiləri keçirilir.
Unikal.org Report-a istinadən xəbər verir ki, seçkilərin nəticələrinə görə, 1996-cı ildən bəri ilk dəfə ölkədə prezident dəyişəcək.
Belə ki, ölkədə böyük nüfuza malik 73 yaşlı Olavur Raqnar Qrimsson hələ may ayında ardıcıl altınca dəfə prezident seçilmək istəyi ilə bağlı fikrini dəyişdiyini açıqlamışdı.
İslandiyanın dövlət radio və televiziya yayımı xidməti tərəfindən həyata keçirilən son sorğuya görə, seçkilərdə favorit respondentlərin 44,6%-nin səs verməyə hazır olduğu tarixçi Qudni Yohannessondur.
Ada ölkəsində prezident seçkiləri bir turda keçirilir. Qələbə qazanmaq üçün namizədə sadəcə daha çox səs toplamaq lazımdır və 50 faiz həddini keçmək mütləq deyil.