Dünyaca məşhur kanadalı müğənni Castin Biberin sabiq sevgilisi, "Playboy" modeli Kseniya Deli ərəb milyarderə ərə gedib.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, 26 yaşlı model 62 yaşlı milyonçu misirli Fəthi Ossama Rəbah əl Şərif ilə Yunanıstanın Santorini adasında toy edib.
Məlumata görə, toy 1 milyon avroya başa gəlib. 150 qonağın dəvət aldığı toyda Delinin əynində 800 min avroluq gəlinliyi olub. Paltar dünyaca məşhur modelyer Züheyr Muradın əsəridir. Toy mərasimi media üçün bağlı olub. Model Castin Biberin "What Do You Mean?" mahnısının klipində açıq-saçıq obrazda çəkilib. Ötən il isə ifaçı ilə Deli bir müddət görüşüblər.