Bakıda qadını intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən Kamil Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Unikal.org oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin edilib.
Qeyd edək ki, K.Süleymanov tanış olduğu qadın - A.Məmmədovanın (ad, soyad şərti) intim şəkilləri ilə şantaj edərək pul tələb edib.
Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra K.Süleymanov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.