
Bu gün axşam saatlarında Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən məlumat verir ki, bıçaqlanan qadın 1986-cı il təvəllüdlü Mətanət İbrahimovadır.
Yaralı təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər. Hadisəni törədənin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.