Xətai rayonunda quldurluq hadisəsi qeydə alınıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Şaməddin Alıyev naməlum şəxs tərəfindən döyülüb. Onun üzərindəki 700 manatını ələ keçiriblər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs axtarılır.