İstanbulda güclü zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, yeraltı təkanlar Rixter cədvəli ilə 4,7 bal gücündə qeydə alınıb.
Zəlzələnin episentri yerin 4,7 kilometr dərinliyində olub.
Yeraltı təkanlar qonşu vilayətlərdə də hiss olunub.
Zəlzələ nəticəsində hər hansı bir itki və ya fəsad qeydə alınmasa da, sakinlər təşvişə düşüb.