Şəkidə avtomobil ağaca çırpılıb. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Çeşməli kənd ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin - 28 yaşlı Rəvanə Qurbanova və 2 azyaşlı övladı yüngül xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla baglı araşdırma aparılır.

Seymur Əli