Klublararası Dünya Çempionatını qazanan İngiltərənin “Çelsi” klubu idmanda təkcə uğurun deyil, həm də dəyərlərin önəmli olduğunu göstərən addım atıb.

"Unikal" xəbər verir  ki, mavi formalılar çempionluq münasibətilə futbolçulara verilən 15 milyon dollarlıq mükafatı faciəvi şəkildə həyatını itirən “Liverpool”un portuqaliyalı futbolçusu Diogo Jota və onun qardaşı Andre Silvanın ailələrinə bağışlayıb.

Qeyd edək ki, Jota və qardaşı 3 iyulda İspaniyada baş verən dəhşətli yol qəzasında dünyasını dəyişib. Onların mindiyi avtomobil alışaraq yanıb. Bundan sonra “Liverpool” Jotanın 20 nömrəli formasını əbədi olaraq kənara çıxarıb.

Üç uşaq atası olan Diogo Jotanın itkisi futbol aləmini dərindən sarsıdıb.