Bu gün saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Aeroport yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi cinsli) yerində tibbi xidmət göstərilib və onlar Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxsin iltizamnaməsi alınıb və o, ixtisaslı tibbi xidmətdən imtina edib.

Qeyd edək ki, qəzada 1 nəfər həyatını itirib.

***14:03

Aeroport yolunda qeydə alınan dəhşətli qəzanın görüntüləri yayımlanıb. 

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

***11:13

Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.