Şəmkirdə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə Şəmkir şəhərində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. 

Belə  ki, rayon sakini 1961-ci il təvəllüdlü İ.Əliyeva məxus 50 kv metr evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ünumi sahəsi 50 kv.m. olan 1 mərtəbəli 1 otaqlı evin dam örtüyü 40 kv.m. sahədə və ev əşyaları birlikdə yanıb. Yanğın söndürülüb,evin qalan hissəsi və yaxılıqdakı tikililər yanğından mühafizə edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

 Tural Əhmədov