Bakıda bıçaqlanma hadisəsi olub.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Z.Qəmbərov küçəsində qeydə alınıb.
Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyev aralarında yaranmış münaqişə zəminində xalası nəvəsi, 1968-ci il təvəllüdlü Füzuli Şirinovu döş qəfəsindən bıçaqlayıb. Hadisə nəticəsində F.Şirinovun oğlu, 1999-cu il təvəllüdlü Elçin Şirinov da bıçaq yarası alıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində A.Quliyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.