50-BB-999 dövlət nömrə nişanlı "Porshe" markalı avtomobili son zamanlar sosial şəbəkədə  məşhurlaşıb. Həmin nömrə nişanı "Məşhur haştaqlar"  siyahısında yer alıb.

Unikal.org xəbər verir ki, sözügedən nömrə ilə bağlı axtarış verildiyi zaman külli miqdarda pul və  bahalı əşyalarla bağlı şəkillər üzə çıxır. Hətta bir şəxsin külli miqdarda pul sayması və paçkalarla dolları həmin nömrənin hashtagı ilə nümayiş etdirməsi  sosial şəbəkə istifadəçiləri tərəfindn də bir mənalı qarşılanmayıb. Həmin görüntülərə "pullarını az reklam et" deyə şərhlər gəlib. 

Unikal.org-un əldə etdiyi məlumata görə,  50-BB-999 nömrə nişanı Əbilov Teymur Kamil oğluna məxsusdur.