Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru Vilayət İsmayılovun Çexiyada şirkəti var. 

Unikal.org xəbər verir ki, bu barədə araşdırmaçı jurnalsit Cavanşir Həsənli yazıb.

"Çexiyadakı VORNAX SRO şirkəti 2009-cu ilin yanvarında qeydiyyatdan keçirilib. Qeydiyyat sənədlərinə görə şirkət ticarət, xidmət və istehsal sahələrində fəaliyyət göstərir. Təsisçiləri Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru, 9-cu mikrorayon, Cavadxan 5 ünvanında qeydiyyatda olan Vilayət İsmayılov, həyat yoldaşı Rəna İsmayılova, oğulları İsmayıl və Orxan İsmayılovlardır" deyə Cavanşir Həsənli qeyd edib.

Şirkət 200 min çex kronu nizamnamə kapitalı ilə Praqa Bələdiyyə Məhkəmsində 148653 C saylı lisenziya alıb. Qeydiyyat ünvanı Praqa, Modřany 4 göstərilib.

Qeyd edək ki, Vilayət İsmayılov eyni zamanda Yeni Azərbaycan Partiyası Nizami rayon Bakı Qida Sənaye kolleci ərazi ilk partiya təşkilatının sədridir. O, 2006-cı ilin dekabrından 1-dən 2015-ci il iyulun 13-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışıb.