Bakıda bıçaqlanma hadisəsi olub.
Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə Sabail rayonu ərazisində yerləşən Nizami küçəsində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Böyük Britaniya vətəndaşı Pol Hevist naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.