“Aprel şəhidləri - gizirlər Rahim Tağıyevin və Rüstəm Əhmədovun ailələrinə Müdafiə Nazirliyi tərəfindən mənzil verilib”.
Unikal.org xəbər verir ki, bu barədə Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alıyeva məlumat verib.
S.Alıyeva bildirib ki, şəhid ailələrinin mənzil problemi var idi:
“Ailələr üçün təqdimatı mən vermişdim. Hər iki şəhid ailəsi Mingəçevirdə yaşadığı üçün onlara yaxın olduğundan Gəncə şəhərində mənzil verilib. Rəsmiləşdirmə bu gün olub. Gizir Rahim Tağıyevin ailəsi 4 otaqlı, Rüstəm Əhmədovun ailəsi ilə 2 otaqlı mənzillə təmin olunub".
Xatırladaq ki, Aprel şəhidi Rahim Tağıyevin 3 övladı, Rüstəm Əhmədovun isə 2 övladı var.