Bakıda dənizdə boğulmuş şəxsin cəsədi tapılıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1997-ci il təvəllüdlü Yusifzadə Sahil İsrail oğlunun axtarışları başa çatıb.
Sahil Yusifzadənin cəsədi xidmətin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən, 700 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 19:40-da başa çatıb.