Aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 13-dən 14-nə keçən gecədən Bakının Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Unikal.org bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət 3-4 gün qüvvədə olacaq. Bu müddətdə sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
“Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik”, - deyə qurum bəyan edib.