Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normaya yaxın olmaqla onun 90, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, oktyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 138 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 82 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 52 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 49 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onum 60 faizinə bərabərdir.
Oktyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr artaraq 324 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 157 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 7 santimetr azalıb və 94 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 24 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 6 santimetr azalaraq 154 santimetr olub.