Baş Prokurorluğun müvafiq idarələrinin, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarının hüquqi statistika sahəsindəki biliklərinin artırılması və Avropa təcrübəsinin öyrənilməsi məqsədilə tədbir keçirilir.
Unikal.org xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən tədbirdə Avropa Statistika Bürosunun (Avrostat) hüquqi-statistika üzrə ekspertləri Adriana Tetevenska və Maria Giuseppina Muratore iştirak edir.