Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev oktyabrın 25-də saat 11:00-da Yevlax rayon Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami pr. 61)Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, həmin gün saat 11:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında (Bərdə şəhəri, Heydər Əliyev pr. 84), Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevisə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 yanvar küç. 172) Bərdə rayonundan və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.
Qəbullar zamanı yalnız Yevlax, Ağdaş, Bərdə rayonlarının və Mingəçevir şəhərinin sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula elektron qaydada yazıla bilərlər.