Dünya bazarında neftin qiyməti 1%-dən çox ucuzlaşıb.
"Unikal" xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti iyulun 2-dən bəri ilk dəfə olaraq 67 dollardan aşağı düşüb.
"Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 1,2% azalaraq bir barel üçün 66,83 dollar təşkil edib.
WTI-ın sentyabr fyuçersləri 1,4% ucuzlaşaraq 64,26 dollar olub. WTI neftinin qiyməti iyulun 23-dən bəri ilk dəfə bir barel üçün 65 dollardan aşağı düşüb.