Türkiyəli idmançı Şahika Ercümen dayvinq üzrə qadınlar arasında yeni dünya rekordunu müəyyənləşdirib.
Unikal.org xəbər verir ki, Türkiyənin Mersin şəhərində Gilindire mağarasından suya dalan idmançı bir nəfəsə 100 metr dərinliyə qədər enərək qadınlar arasında əvvəlki rekordu (90 metr) yeniləyib.
Ş.Ercümen bu göstərici ilə "Ginnesin Rekordlar Kitabı"na düşüb.