Səfər Əbiyevin ölən əsgərlərinin valideynləri yenə ayaqda!
01:04 19-10-2012
CƏMİYYƏT
Səfər Əbiyevin ölən
əsgərlərinin valideynləri yenə ayaqda!
Ordudakı “orqan alveri” qalmaqalı səngimək bilmir, olayla bağlı yeni və sensasion iddialar var
Hüquq müdafiəçiləri Ələkbər Məmmədov və Zümrüd Məmmədova fəaliyyətlərinə görə qisasla hədələnirlər. Bu barədə dünənki mətbuat konfransında Ələkbər Məmmədov bildirib. Onun sözlərinə görə, Naxçıvanın hərbi prokuroru Yaşar Həsənov “onların ortadan qaldırılması üçün killer tutub”.
Məmmədov bildirib ki, hüquq müdafiəçiləri artıq aidiyyatı dövlət orqanlarına təhlükəsizliklərinin təmin edilməsi və bu informasiyanın araşdırılması xahişi ilə müraciət edib. “Yəqin ki, biz həlak olmuş əsgərlərin valideynləri ilə birlikdə ölümü böyük şübhələr doğuran əsgərlərin daxili orqanlarının çıxarılması haqqında dəhşətli məlumatları yaydığımız üçün intiqamla hədələnirik. Görünür, bunu bizə bağışlaya bilmirlər, xüsusən Naxçıvan prokuroru”, deyə Məmmədov qeyd edib.
Mətbuat konfransında ölən əsgərlər Pərviz İsgəndərli və İsmayıl İbayevin valideynləri də iştirak ediblər.
İsgəndərli bu il iyulun 15-də Bərdə rayonundakı hərbi hissələrdən birində vəfat edib. Onu asılmış vəziyyətdə tapıblar. Valideynləri əsgərin daxili orqanlarının çıxarıldığını iddia edirlər. Onun atası Cahan İsgəndərov sentyabrın 16-da (oğlunun ölümündən 2 ay sonra) məsələni araşdırmaq üçün oğlunun xidmət etdiyi hərbi hissəyə gedib. Lakin o, hərbi hissə ərazisində rəhbərlik tərəfindən hissəyə çağırılmış polislər tərəfindən döyülüb. Ona qarşı polisə müqavimət ittihamı ilə cinayət işi qaldırılıb.
Naxçıvanda qətlə yetirilmiş İsmayıl İbayevə gəlincə, hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib ki, “onun ürəyi və böyrəyi 350 min manata İran vasitəsilə İsrailə satılıb”. “Bundan başqa, İbayevin demək olar ki, bütün orqanları çıxarılıb. Ekshümasiya zamanı ekspertlər ölümdən 39 gün keçdiyi üçün orqanların çürüdüyünü bildiriblər”, deyə o bildirib.
Keçmiş hərbiçi və həkim Azad İsazadə bildirib ki, 39 gündə orqanlar çürüyə bilməz.
Hüquq müdafiəçisi Ələkbər Məmmədov xatırladıb ki, əsgərin ölümündə bölmə komandiri Rövşən Ataşovu ittiham edirlər, o, həbs edilib. Lakin o, həbsindən sonra təqsirli olmadığını iddia edərək, dəfələrlə intihara cəhd edib.
İsmayıl İbayevin anası İradə bildirib ki, hərbi prokurorluq rəhbəri Xanlar Vəliyev ona şəxsən işi Naxçıvan prokurorluğundan alıb Bakıya gətirməyi vəd edib. Lakin bu vədə əməl olunmayıb. “Mənim iki oğlum da var, onları heç vaxt orduya göndərmərəm”, deyə ana bildirib.
Ələkbər Məmmədov həmçinin Azərbaycanda cəsədin yarılmaması üçün rüşvət verildiyi haqqında ifadələrinə görə baş hərbi ekspert Rasim Əliyevin ona qarşı Nəsimi rayon məhkəməsində iddia qaldırdığını bildirib.
Öz növbəsində, Müdafiə Nazirliyinin mətbuat katibi Eldar Sabiroğlu Ələkbər Məmmədovun bəyanatlarını şərh edərkən onları “əsassız” adlandırıb. “Valideynlərin şikayətlərindən sonra mütəxəssislərin iştirakı ilə ekspertiza keçirilib, lakin şikayətlər təsdiq edilməyib”, deyə mətbuat katibi bildirib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31