Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib.
Unikal.org-un məlumatına görə, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də çıxış edəcəyi şəhər və qrup müəyyənləşib.
Hollandiyanın Apeldorn şəhərində baş tutacaq turnir 7 - 12 yanvar 2020-ci ilə təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.
Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşaya qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika yer alacaq. Turnirin qalibi olimpiadaya vəsiqə qazanacaq.
Kişilərin mübarizəsi isə 5 - 10 yanvarda Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü sınayacaq.
Azərbaycan millisinin oyunlarının təqvimi.