Avqustun 10-da ABŞ-da qızlara qarşı zorakılıq və təcavüzdə ittiham olunan milyarder Ceffri Epşteynin həbsxana kamerasındakı ölümü ilə bağlı yeni bir iddia ortaya atılıb.
Unikal.org xəbər verir ki, cinayətkarın bu vaxta qədər intihar etdiyi deyilirdisə, ekspertiza onun bədənində izlər və boğularaq öldürülməsinə dair faktlar tapıb.
Üstəlik, qətlin baş verdiyi gecə hər iki polis işçisinin yatıb qalması və kameraların işləməməsi də təəccüb doğuran faktlardan biridir.
Qeyd edək ki, araşdırma davam etdirilir.