Gürcüstanın Batumi şəhərində davam edən şahmat üzrə komandalararası 22-ci Avropa çempionatının 8-ci turunda Azərbaycan komandası Ermənistan komandası ilə qarşılaşır.
Unikal.org xəbər verir ki, komandaların liderləri arasında görüşdə Şəhriyar Məmmədyarovla Levon Aronyan qarşılaşıb.
Bu görüş heç-heçə başa çatıb.
Digər cütlüklərdə Arkadi Naydiç Qabriel Sarkisyanla, Qədir Hüseynov Hrant Melkumyanla və Eltac Səfərli Arman Paşikyanla qarşılaşır.