"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda "Neftçi" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
Unikal.org xəbər verir ki, baş məşqçi derbi matçı barədə təəssüratlarını bölüşüb. O, komandasından razı qaldığını deyib.
"Çətin oyun oldu. Xeyli mübarizə gördük. Vacib qarşılaşma idi. Bizə bir xal çox lazım idi. Rəqib istəkli oynadı. Bu da başadüşüləndir. Futbolçulardan razı qaldım. Sona kimi mübarizə apardılar. Çoxdandır belə mübarizəli oyun olmurdu. Bu, komandamız üçün faydalı olacaq", - deyə Q.Qurbanov bildirib.