Avropa Liqasının IV turunun hakim təyinatları açıqlanıb.
Unikal.org-un məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın APOEL-lə Kiprdəki oyunu avstriyalı hakimlərə tapşırılıb.
Noyabrın 7-dəki matçın baş hakimi Manuel Şuttenqruber olacaq. Ona Roland Brandner və Robert Steynaşer kömək edəcək. Dördüncü hakim funksiyası Kristofer Yager yerinə yetirəcək.
Hakim-inspektor Georgios Bikas (Yunanıstan), UEFA nümayəndəsi Ariel Kennet Şeyman (İsrail) olacaq.
Qeyd edək ki, Nikosiyasnın GSP stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.