Arif Vəliyevin “təmir maxinasiyası”
14:16 20-10-2012
CƏMİYYƏT
Arif Vəliyevin “təmir maxinasiyası”
Statistika Komitəsinin inzibati binasının təmirindəki gizlinlər “Unikal”da
Azərbaycana xas olan problemlərdən biri də dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməməsidir.Bu sahədə kifayət qədər mənimsəmə və korrupsiyanın olması kimsəyə sirr deyil və bu fakt hətta ən yüksək səviyyələrdə belə dəfələrlə etiraf olunub. Bunun ağır nəticələri isə dövlətə çox baha başa gəlir.
Nəticə etibarilə dövlət hər hansı işin görülməsi üçün büdcədən ayırmalar edir və həmin vəsaitin xərclənməsi müvafiq struktura həvalə olunur. Xərcləmələrlə bağlı dövlət nəzarətinin zəif olması isə ayrı-ayrı məmurların əl-qolunu açmaqla yanaşı onlara əlavə gəlir mənbəyi qazandırmış olur.
Buna misal olaraq ayrı-ayrı nazirliklərin və komitələrin inzibati binaların təmirinə ayrılan vəsaitləri göstərmək olar. Hansı ki, bu istiqamətdə həyata keçirilən xərcləmələr kifayət qədər böyükdür. Amma həmin vəsaitə görülmüş işlər ayrılan maddi vəsaitlə tərs mütənasiblik təşkil edir. Diqqəti çəkən isə bir çox hallarda dövlət qurumunun inzibati binasının təmiri üçün ayrılan pulların bütöv bir sektorun maliyyələşdirilməsi üçün ayrılan vəsaiti üstələməsidir. Digər tərəfdən, bəzi inzibati binaların təmir-bərpa işlərinə çəkilən xərclər hesabına ayrıca bir bina tikmək olardı. Bu ayrıca bir yazı mövzusu olduğundan bu məsələyə nöqtə qoyaraq fikrimizi konkret bir məqam üzərində cəmləməyə çalışaq.
“Unikal”a daxil olan informasiyaya görə şübhəli təmir-bərpa xərcləmələrinə yol vermiş dövlət strukturlarından biri də Dövlət Statistika Komitəsinin inzibati binasıdır. Verilən rəsmi açıqlamaya görə həmin binanın təmirinə 385 min manat xərclənib. Qəzetimizə danışan mənbənin sözlərinə görə isə Dövlət Statistika Komitəsinin təmirinə ayrılmış həmin vəsaitin böyük bir hissəsi əvvəlcədən qurulmuş oyun nəticəsində mənimsənilib. Mənbəmizin sözlərinə görə Statistika Komitəsinin sədri Arif Vəliyev təmir-tikinti işlərini özünə yaxın bir MTK-ya həvalə edərək prosesə bir növ “qanunilik” donu geyindirməyə çalışıb:
“Amma əslində Dövlət Statistika Komitəsinin inzibati binasının təmirinin həvalə olunduğu həmin şirkət Arif Vəliyevin yaxınlarına məxsusdur. Komitə sədri bu yolla büdcədən ayrılmış vəsaiti daha rahat şəkildə mənimsəməyi bacarıb. Ayrılmış vəsaitin ən azı 50 faizi qondarma MTK ilə komitə sədri arasında bölüşdürülüb”.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59