Noyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O ali qanunvericilik sənədi olan Konstitusiyanın qəbul olunması tarixindən, ölkənin əsas sənədi kimi əhəmiyyətindən və Konstitusiyanın vətəndaşlara verdiyi hüquqlardan danışıb. Rektor M. Babanlı həmçinin Azərbaycanın müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanmasının təşəbbüskarının Ulu öndər Heydər Əliyev olduğunu diqqətə çatdırıb.
Millət vəkili, professor Hüseynbala Mirələmov Konstitusiyanın yaranmasını şərtləndirən tarixi hadisələrdən söz açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının referendum yolu ilə qəbul olunduğunu vurğulayıb.
ADNSU-nun “İctimai” fənlər kafedrasının dosenti Nail Məmmədov Konstitusiyanın dövlətin inkişafında oynadığı roldan söz açıb və Konstitusiyanın hüquqi, sosial, siyasi və tərbiyəvi funkisyalarından bəhs edib. O, həmçinin Konstitusiyanın qəbul olunmasından və dövlət sənədinə edilən əlavə və dəyişikliklərdən bəhs edib.