Azərbaycanda inyeksiya üçün birdəfəlik steril şprislərlə bağlı standart təsdiqlənib.

Unikal.org xəbər verir ki, bununla bağlı Azərbaycan Standartlaşdırma İnstitutu qərar qəbul edib.

Məqsəd Azərbaycanın standartlaşdırma sistemini təkmilləşdirmək, daxili və xarici bazarda rəqabətə davamlı tibbi avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən insanların həyat və sağlamlığının qorunmasının təmin etməkdir.

Bunun üçün Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 7886-1:2017 “Sterile hypodermic syringes for single use — Part 1: Syringes for manual use” (Inyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər) beynəlxalq standartı əsasında işlənib hazırlanan AZS 877: 2019 (ISO 7886-1: 2017) “Inyeksiya üçün birdəfəlik steril şprislər Hissə 1: Əl ilə istifadə üçün şprislər” dövlət standartı təsdiq edilib.

Yeni standartlar noyabrın 1-dən qüvvəyə minib.