Noyabrın 15-dən avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatır.
Son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir.
Ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər.
Unikal.org-un əldə etdiyi məlumata görə, bu il əvvəlki illərdən fərqli olacağı ehtimal edilir. Belə ki, sürücülərin pərdə və plyonkadan istifadə qadağasının tətbiq edilməyəcəyi bildirilir.
Orxan Həsənli