Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Təyublı Mirteyub Xaqani oğlu vəzifəsindən azad edilib.

Eyni zamanda, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu isə yaş həddinə görə işdən çıxarılıb.

Hələ ki, onların yerinə heç bir təyinat olmayıb.