"Ulu Göyçə" tikinti və investisiya şirkətinin direktoru İsmayılov Vasif Sultan oğlu "Şərəf" ordeni ilə təltif edilib.
Unikal.org xəbər verir ki, müvafiq sərəncamı Belarus Prezidenti Aleksandr Lukaşenko imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Azərbaycanlı iş adamı sözügedən dövlət mükafatına Belarus və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafındakı mühüm şəxsi töhfələrinə görə layiq görülüb.
Qeyd edək ki, İsmayılov Vasif Sultan oğlu Minskdə Mayakovski və Aranskaya küçələrinin kəsişməsində inşa edilən biznes mərkəzinin investorlarından biri kimi tanınır. O eyni zamanda, Azərbaycan Ticarət Evinin yerləşdiyi "Abşeron" çoxfunksiyalı kompleksin inşasında da iştirak edib.
Bundan əlavə 2013-cü ildə onun şirkəti Belarusiyanın Azərbaycandakı səfirliyinin yeni binasını inşa edib.