Göygöl Rayon Polis Şöbəsinə yeni rəis müavini təyinatı olub. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Emil Həsənov Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsindən azad edilərək Göygöl Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.