Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri ictimai iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirib.
Unikal.org xəbər verir ki, Nizami rayonunnda fəaliyyət göstərən "Cənnət" və "Qızıl buta" şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub.
ETSN-in Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, manqalların bağlanması aparılan monitorinqlərin nəticəsi əsasındadır: "Kimin monitorinqlərin nəticəsi ilə bağlı iradı varsa, məhkəməyə və ya nazirliyə müraciət edə bilər. Bu, onların qanuni haqqıdır və biz də hər kəsə maksimum dərəcədə açığıq, iradları dinləməyə hazırıq. Kim hesab edirsə ki, onların qurğuları iy, tüstü buraxmır, toy zamanı, manqallarda kabab bişirilən vaxt, sadəcə, ətraf ərazidə dayanıb bu mənzərəni seyr etsinlər. Əgər tüstü, çirklənmə yoxdursa, biz bunu niyə etməliyik, kiminsə manqalını niyə bağlamalıyıq? Məqsədimiz havaya atılan tullantıların qarşısını almaqdır".