Şok: Misir Mərdanovu saya salmadılar
12:58 23-10-2012
CƏMİYYƏT
Şok: Misir Mərdanovu saya salmadılar
Necə olur ki, Milli Məclisdə təhsillə bağlı qanun müzakirəyə çıxarılır, amma təhsil nazirinin bundan xəbəri yoxdur?
Məlum olduğu kimi Milli Məclisin payız sessiyasının müzakirəsinə “Ali təhsil haqqında” qanun layihəsi də çıxarılmalıdır. Sənədin bir sıra müddəaları indidən ciddi ajiotaj doğurub. Belə ki, yeniliklər arasında qəbul imtahanlarındakı test üsulunun ləğvi, yaxud yarıtest üsulunun tətbiqi təklif olunur.
Yeni qanunda ali təhsil müəssisələrinə daxil olmaq üçün hazırda istifadə olunan və cəmiyyət tərəfindən birmənalı şəkildə müdafiə edilən test imtahanlarının məzmunu dəyişdiriləcək.
Dünən isə modern.az saytı müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsi barəsində təhsil naziri Misir Mərdanovdan münasibət öyrənməyə çalışıb. Lakin nazir bu barədə hələ heç nə deyə bilməyəcəyini bildirib. Misir Mərdanov deyib ki, hələlik qanun layihəsi onlara təqdim olunmayıb. “Nə vaxt qanun layihəsi bizə təqdim olunsa, bu barədə fikirlərimi söyləyə bilərəm”.-deyə M.Mərdanov vurğulayıb. O, test üsulunun ləğv olunmasının planlaşdırıldığ barədə sualımıza “bu barədə xəbərim yoxdur” deməklə kifayətlənib.
Misir Mərdanovun cavablarına heyrətlənməmək mümkün deyil. Nazirin saytın suallarını "xəbərim yoxdur" deyə cavablandırması bizə çox qəribə gəldi. Ali təhsilə aid yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır, hamı, bu sənəddən danışır, ölkənin təhsil sahəsinə cavabdeh olan bir nömrəli şəxsi isə bundan xəbəri olmadığını bəyan edir... Bu heç bir məntiqə sığmır.
Məsələyə münasibətini öyrəndiyimiz adının çəkilməsini istəməyən təhsil eksperti isə deyir ki, əslində ortada təəccüblənəcək bir şey yoxdur: “Elə bu yaxınlarda sizin qəzetdə Misir Mərdanovun artıq formal nazirə çvrildiyi barədə maraqlı bir yazı hazırlanmışdı. Orada doğru olaraq qeyd edilirdi ki, artıq Mərdanovun aldığı zərbələri ümumiyyətlə saymaqla qurtarmır. Əvvəlcə bağçalar nazirin nəzarətindən çıxarılıb yerli icra hakimiyyətlərinə verildi, çox keçmədi orta məktəblərdə buraxılış imtahanlarının da artıq Misir müəllimin kurasiyasından alınaraq onun "əzəli və əbədi rəqib"i - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadəyə verildi. Bu, xanım Abbaszadənin qısa müddət içərisində illərdən bəridir açıq və sərt ixtilaf içərisində olduğu Misir Mərdanov üzərindəki birinci və sonuncu qələbəsi deyildi. Buraxılış imtahanlarının TQDK sədrinin nəzarətinə keçirilməsinin şokundan ayılmayan təhsil nazirinə növbəti sarsıdıcı zərbə dəydi: bu dəfə dərsliklərin qiymətləndirilməsi üçün səlahiyyətlərin də Abbaszadənin qurumuna verildiyi məlum oldu. Belə halların nəticəsidir ki, təhsil nazirinin xeyli dərəcədə zəiflədilməsi, dişsiz fiqura çevrilməsi mümkün olub və onun postu az qala formallaşdırılıb. Elə təhsillə bağlı yeni qanun qəbul edilərkən Misir Mərdanova xəbər verilməməsi, Təhsil Nazirliyi ilə müzakirələrə, onun münasibətinə ehtiyac görülməməsi də bu deyilənlərin təsdiqidir. Açıq-aşkar görünür ki, Mərdanov təhsil naziri görəvində əyləşsə də, artıq təhsilin taleyi ilə bağlı həlledici şəxs deyil”.
Azər Aslan
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12