Noyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 78,7 min nəfər təşkil edib.
Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, işsiz şəxslərin 36,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 286,5 manat olub.