“Azərişıq” ASC 2020-ci ildə texniki itkilərin xüsusi çəkisini 8,9%-ə endirməyi planlaşdırır.
Unikal.org xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
“Azərişıq” rəsmisinin sözlərinə görə, hazırda sözügedən rəqəm 10%-ə yaxındır.
“Əgər texniki itkilərin dinamikasına nəzər salsaq bu rəqəm 2015-ci ildə 13,8%, 2016-cı ildə 10%, 2017-ci ildə 9,9%, 2018-ci ildə 9,8%, 2019-cu ildə isə 9,7% olub”, - deyə o, qeyd edib.