Xəbər verdiyimiz kimi, sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi, ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Qazi qadınlar, tanınmış ictiamiyyət nümayəndələri məsələyə öz sərt mövqe bildirib.
Unikal.org xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan sabiq sabiq deputat məsələyə aydınlıq gətirib.
“Mənim dediklərim kontekstdən çıxarılıb. Diqqət etsəz görərsiz ki, mən konkret olaraq parlamentə hücum edən qadın dəstəsindən söz açmışam. Hücum edənlər Xanım Xəlilovanın qadın dəstəsindən olanlar idi. Bunu başqa kontekstə salmaq boş söhbətdir. Mən özüm müharibə veteranıyam. Müharibə veteranı heç vaxt döyüşlərdə iştirak edən qadına, ümumiyyətlə Azərbaycan qadınına artıq bir söz deməz. Hələ indiyə qədər döyüşlərdə iştirak edən qadınlar barəsində mənim bir dənə də olsun, mənfi fikrim olmayıb. Amma Xanım Xəlilovanın məhz həmin dəstəsindən olan qadınlar bizi təhqir edir, kişi söyüşləri söyürdülər. Söhbət bundan gedir. İndi kimlərsə özlərinə sərf edən kontekstdə çıxardıb. Hələ ağlımı o qədər itirməmişəm ki, səfeh fikirləri gündəmə gətirim”, - deyə Cümşüd Nuriyev bildirib.
Cümşüd Nuriyev müsahibəsindəki “ərsiz qadınlar” ifadəsinə də aydınlıq gətirib: “Danmıram, ərsiz qadın ifadəsini işlətmişəm. Bunu da ona görə demişdim ki, həmin qadınların yiyələri, ərləri yox idi deyə, onlara dur deyən olmadı. Söhbət yalnız həmin qadınlardan gedir. Ona qalsa, indi Azərbaycanın yarısı boşanıb. Mən o mənada deməmişəm.Əgər ifadələrim döyüşdə iştirak edən qadınların xətrinə dəyibsə, mən üzr istəyirəm".