Bu gün "Azərişıq" ASC sədrinin müavini Ramil Yusifov Cəlilabadda vətəndaşları qəbul edib.
Unikal.org xəbər verir ki, qurumun Cəlilabad şəhərində yerləşən inzibati binasında keçirilən qəbulda Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak edibler.
Qəbul zamanı "Azərişığ"ın fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənib.
R.Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə oz həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. "Azərişığ"ın fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq ediblər.