Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Fatmayı kəndinin sakinlərilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Respublikda həyata keçirilən islahatlardan, abadlıq-quruculuq işlərindən danışan İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova ölkəmizin surətli şəkildə inkişaf etməsini önə çəkib. Abşeronda, eləcə də Fatmayı kəndində də böyük abadlıq işlərinin görüldüyünü qeyd edən başçı sözügedən kənd sakinləri ilə bundan önçəki görüş zaman qaldırılan problemlərin böyük əksəriyyətinin həll olunduğunu bildirib.
Sonra Abşeron RİH başçısının Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif Haqverdiyev hesabat xarakterli məruzə ilə çıxış edərək görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə cənab Prezident İham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sakinlər əsasən yeni salınmış küçələrə telefon, su, işıq xəttlərinin çəkilməsi və digər bu kimi məsələlərdə köməklik göstərilməsini xahiş ediblər.
İştirakçılar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerindəcə həll edilib, vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib.