Pomidor bitkisinin ən təhlükəli zərərli orqanizmlərindən biri Pomidor lağımlayıcı güvəsi-(Tuta absoluta Meyrick) hesab edilir. Hazırda idxal-ixrac əməliyyatları sahəsində əməkdaşlıq edən ölkələr bu zərərvericini diqqət mərkəzində saxlayır, zərərverici yayılmış ölkələrin ərazisindən idxala məhdudlaşdırıcı fitosanitar tədbirlər tətbiq edirlər. Zərərvericinin yayılma yolları çox asan və sürətlidir.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının aqrar ölkə olduğunu, bitki və bitkiçilik məhsullarının xüsusi ilə də pomidorun respublikanın bir çox rayonlarında becərildiyini və ixracda ilk yerlərdən birini tutduğunu nəzərə alaraq, sözügedən məsələlərə ciddi yanaşılması zəruridir.
Pomidor lağımlayıcı güvəsi pomidora ziyan vurmaqla yanaşı badımcan, bibər, lobya və s.bitkilərədə zərər vurmaqla onların keyfiyyətini və məhsuldarlığını aşağı salır. Pomidor lağımlayıcı güvəsinə qarşı aqrotexniki, bioloji, mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Müasir dövrdə tez və daha səmərəli nəticələrin alınması üçün fumiqasiya tədbirlərinə üstünlük verilir.