Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İordaniya Haşimlər Krallığının və Qazaxıstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirləri Sami Abdullah Ğoşeh və Serjan Abdikərimov ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə hər iki ölkə ilə Azərbaycan Respublikası arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki görüş, xüsusilə, tanışlıq xarakteri daşıyıb.