Prezident İlham Əliyev Litvin İbiş oğlu Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə L. Abasova Prezidentin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.