Dark mode, yəni qaranlıq mod bu ilin trendinə çevrildi.
Unikal.org "technote"a istinadla xəbər verir ki, bir çox proqramlar qaranlıq mod funksiyasını özünə tətbiq edərək həm istifadəçilərin gözlərinin yorulmasının qarşısını aldı, həm də telefonların daha az enerji xərcləməsinə səbəb oldu.
Lakin bu funksiya "Whatsapp"da özünü tam mənada göstərə bilmədi. Hər dəfə Beta versiyaya əlavə edilən qaranlıq mod sonra təkrar yoxa çıxır. Bu səfər də eynisi oldu.
Son "Whatsapp" Betasında Dark mode ile bağlı bütün kodlar silinib. Həmçinin gəlməsi düşünülən bir hesaba müxtəlif cihazlardan bağlanmaq funksiyası da yoxdur.
Təxmin olunur ki, tərtibatçılar ya başqa funksiyaları ilk plana alaraq sadaladığımız funksiyaları hələlik saxlayırlar, ya da bəzi problemlər səbəbilə Betadan çıxarılır. Son beta ilə tətbiqdə dəyişən tək şey kiməsə şəkil göndərəndə ana menyuda görünən kamera ikonu şəkil ikonu ilə əvəz olunub.