Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Unikal.org-un xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 22 məsələ daxil edilib.
İclasda "2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Glən ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.
Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda qəbul olunub.
Toplantıda Baş Nazir Əli Əsədov da iştirak edir.
Hüseyn İsgəndərov