Almaniyada muzeydən oğurluq edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Dresden ərazisində yerləşən "Yaşıl kassa" adlı muzeydən oğurluq edən 4 nəfərlik oğru dəstəsini tapana 500 min avro (900 min manat) mükafat veriləcəyi bildirilib. 

Ötən günlərdə baş verən oğurluq hadisəsində oğrular ilk öncə yanğın törədərək elektrik şəbəkəsini söndürüb, daha sonra isə pəncərədən muzeyə daxil olublar. 

Oğurluq edən şəxsləri yaxalamaq üçün 40 nəfərlik dəstə təyin edilib. Oğurlanan əsərlərin dəyərinin 1 milyard avro (1 milyon 800 min manat) olduğu açıqlanıb.