Türkiyəli doktor Sibel Duysak bildirib ki, xüsusilə 35 yaşdan sonra yaranan xallara diqqət edilməlidir.Onun sözlərinə görə Əgər xallarınızın saynda artım və ya böyümə varsa mütləq həkimə müraciət edin.
Unikal.org medicina.az-a istinadən bildirir ki, xalların üzərindəli qaşınma, ağrı, qanama və yara varsa bu təhlükəli vəziyyətin yarana biləcəyindən xəbər verir.
Bədəndəki xallar melanosit adlanan və dəriyə rəng verən hüceyrələrin qruplaşması yolu ilə əmələ gəlir. Xal anadangəlmə yaxudda zamanla yarana bilər. Yəni genetik faktor və ömür boyu günəş işığına məruz qalmaq xal meydana gəlməsinin əsas səbəbləridir. Günəş işıqları mövcud xallarda böyümə və xarakter dəyişikliyinə də səbəb ola bilər.
Doğuşdan bəri olan və ya sonradan yaranan xallar bəzən göz ardı edilir. Ancaq onların üzərindəki dəyişikliklər dəri xərçənginin xəbərçisi ola bilər. Bəzi xallar sadə, xoşxasiyyət və zərərsizdir. Bəziləri isə zaman içərisində böyüyüb rəngini və formasını dəyişir. Bu tip xalların xərçəngə çevrilmə potensialları yüksək olduğundan müayinə edilməlidir.
Ət xalı olaraq bilinən və adətən dəri rəngində olan, qabarıq, kiçik görünüşlü xallar zərərsizdir. Estetik və ya digər səbəblərdən problem yaratmırsa xalları müalicə etməyə ehtiyac yoxdur. Ət xalları xüsusilə kökəlmə, bəzi hormonal müalicələr,hamiləlik və enetik halla bağlı ortaya çıxır.
50 yaşdan sonrakı hərkəs xal üçün bire dəfə dəri müayinıəsindən keçməlidir.Əgər şəxsin ailəsində dəri xərçəngi olan varsa, bədənində 50-dən çox xalı varsa müayinə olunmaq faydalıdır.
Dermoskop adlandırdığımız dermatoloji müayinə və dəri mikroskopiyası, melanoma adlandırdığımız ən bədxassəli dəri xərçənginin erkən diaqnoz və profilaktikası üçün çox vacibdir.
Bundan əlavə, dəri xərçənginə səbəb olan ən vacib amillərdən biri olan günəşdən qorunma yalnız tətil və ya dənizdə deyil, gündəlik həyatımızda da tətbiq edilməlidir. Günəşdən qoruyan kreminizi hər səhər üzünüzə, boyunuza, qollarınıza və əllərinizə və bədəninizə məruz qalan sahələrə hər 3-4 saatda tətbiq etməlisiniz.
Bundan əlavə, dəri xərçənginə səbəb olan ən vacib amillərdən biri olan günəşdən qorunma yalnız tətil və ya dənizdə deyil, gündəlik həyatımızda da tətbiq edilməlidir.Bunun üçün sizi günəşdən qoruyan kreminizdən hər səhər üz, boyun, qol, əl və bədəninizə çəkmək kifayətdir.